English Version
MFA MFA
MFA
HomeMail
Language
shar
MFA
pxl
pxl
Az?rbaycan Respublikas?
pixel
Diplomatik Xidm?t
pixel
Xarici siyas?t v? beyn?lxalq m?nasib?tl?r
pixel
Konsulluq xidm?ti
pixel
Normativ h?quqi ?saslar
pixel
??x??lar
pixel
X?N-b?yanatlar?
pixel
Diplomatiya Al?mi Jurnal?
pixel
T?lim-T?dris M?rk?zi
pixel
X?b?rl?r
pixel
Linkl?r
pixel
??? q?bul
pixel

pxl


 
Azərbaycan Respublikası Xarici İşlər Naziri Elmar Məmmədyarov Devid Smitin rəhbərliyi ilə Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunu qəbul etmişdir.
[ 18 iyun 2008-ci il ]






Nazir E.Məmmədyarov həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualları cavablandıraraq Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasəti barədə ətraflı məlumat vermiş və bildirmişdir ki, dənizə çıxışı olmayan və regional layihələrdən özünü məhrum etmiş Ermənistan üçün təcavüz siyasətindən əl çəkmək və regional əməkdaşlığa qatılmaq onun öz milli maraqlarına cavab verir.

daha ətraflı ...      
 
Azərbaycan Respublikası Xarici İşlər Naziri Elmar Məmmədyarov Avstriya-Cənubi Qafqaz və Orta Asiya parlamentlərarası dostluq qrupunun sədri Karl Öllinqerin rəhbərliyi altında Avstriya parlamentarilərini qəbul etmişdir.
[ 18 iyun 2008-ci il ]






Nazir E.Məmmədyarov Ermənistanın yürütdüyü təcavüzkar siyasəti öz müqəddəratını təyinetmə hüququ ilə pərdələməsinin yolverilməzliyini, beynəlxalq hüquqa və Avropa dəyərlərinə zidd olduğunu bildirərək, yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsindən sonra regionun davamlı sabit inkişafı üçün birgə əməkdaşlığın mümkünlüyünü diqqətə çatdırmışdır. Azərbaycanın etibarlı qonşuluq münasibətlərində maraqlı olduğunu bildirən E.Məmmədyarov beynəlxalq ictimaiyyətin, xüsusilə Avropa institutlarının münaqişənin həllində və Ermənistan tərəfini təcavüzkar siyasətdən əl çəkməyə inandırmaqda böyük rol oynaya biləcəyini qeyd etmişdir.

daha ətraflı ...      
 
Azərbaycan Respublikası Xarici İşlər Naziri Elmar Məmmədyarov ABŞ-ın Avropa İttifaqı məsələləri üzrə xüsusi nümayəndəsi Boyden Qrey, ABŞ Dövlət Katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə müavini Stiven Mənn və Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza ilə görüşmüşdür.
[ 3 iyun 2008-ci il ]






ABŞ nümayəndə heyətinin rəhbəri ölkəsinin Azərbaycanla yanaşı, enerji daşıyıcılarının təchizatçıları kimi Orta Asiya ölkələri ilə əməkdaşlığa önəm verdiyini, ABŞ şirkətlərinin bu əməkdaşlıqda xüsusi marağını vurğulamışdır. Hazırda bir sıra ölkələrin enerji siyasətində ən əsas prioritet olan enerji diversifikasiyasının bu bölgənin dövlətləri üçün də mühümlüyünü vurğulamış, bu baxımdan Qərblə əməkdaşlığın həmin dövlətlər üçün də səmərəli olacağını bildirmişdir.

daha ətraflı ...      
 
Azərbaycan Respublikası Xarici İşlər Naziri Elmar Məmmədyarov Böyük Britaniyanın Dövlət Naziri Diqbi Conzla görüşmüşdür.
[ 3 iyun 2008-ci il ]






Nazir E.Məmmədyarov ikitərəfli əməkdaşlığı digər sahələrdə, xüsusilə qeyri-neft sektorunda inkişaf etdirməyi vacib saymış, bu sahədə mövcud potensialın genişləndirilməsinə tərəfdar olduğunu qeyd etmişdir.Daha sonra, ölkəmizdə demokratik quruculuq prosesinə toxunan Britaniyalı nazir, Azərbaycana xüsusi önəm verildiyini və dövlətimizin müstəqilliyinin möhkəmləndirilməsi və regionda sabitliyə nail olunmasında maraqlı olduğunu diqqətə çatdırmışdır.

daha ətraflı ...      
 
Azərbaycan Respublikası Xarici İşlər Naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin xarici ticarət naziri xanım Şeyxə Lubnə bint Xalidlə görüşmüşdür.
[ 27 may 2008-ci il ]






Azərbaycanın regional enerji layihələrinin və nəqliyyat dəhlizlərinin mərkəzində olduğunu bildirən nazir E.Məmmədyarov, Avropaya doğru Bakı-Tbilisi-Qars dəmir yolu ilə yanaşı, Şimal-Cənub nəqliyyat infrastrukturunun inkişaf etdirildiyini diqqətə çatdırmışdır. Nazir həmçinin Orta Asiya ölkələri ilə azad ticarət zonalarının yaradılması və Asiya bazarlarına çıxışda ölkəmizin maraqlı olduğunu qeyd etmişdir.

daha ətraflı ...      
 
Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov İndoneziya Xarici İşlər Naziri Həsən Virayuda ilə görüşmüşdür.
[ 12 may 2008-ci il ]






İkitərəfli əlaqələrin yüksək səviyyədə inkişafından razılığını ifadə edən tərəflər əməkdaşlığı iqtisadi, humanitar, mədəni sahələrdə daha da artırmağı vacib saymış, iş adamları arasında birbaşa təmasların yaranması üçün biznes forumun keçirilməsini yüksək qiymətləndirmişlər. Nazir H.Virayuda qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulamış, İndoneziya rəhbərliyi adından AR Prezidenti İlham Əliyevi və Nazir E.Məmmədyarovu ölkəsinə dəvət etmişdir.

daha ətraflı ...      
 
Azərbaycan Respublikasının Xarici işlər Naziri Elmar Məmmədyarov Avropa İnsan Hüquqları Məhkəməsinin sədri Jan Pol Kostanı qəbul etmişdir.
[ 3 may 2008-ci il ]






Avropa İnsan Hüquqları Məhkəməsinin daxil olan şikayətlərin və qaldırılan məhkəmə proseslərinin sayının artdığından müəyyən çətinliklərlə üzləşdiyini və üzv-dövlətlərin dəstəyinə ehtiyacı olduğunu bildirən qonaq, Azərbaycanla da bu xüsusda əməkdaşlığın vacib olduğunu bildirmişdir. O, həmçinin Azərbaycanın özəl və maraqlı coğrafi məkanda yerləşməsini, sürətli iqtisadi inkişafını, Avropa qurumları ilə yaxın əməkdaşlığını yüksək qiymətləndirmişdir.

daha ətraflı ...      
  E l a n

Hər həftənin çərşənbə axşamı günü saat 10:00-dan -12:00-dək və cümə günü saat 15:00-dan - 17:00-dək Nazirlikdə vətəndaşların gəbulu həyata keçirilir.






  • Azərbaycan ərazilərinin hərbi işğalı: hüquqi qiymət
    [ 23 oktyabr 2007-ci il ]
  • İşğal edilmiş ərazilərdə davam edən yanğınlarla əlaqədar
    BMT Baş Assambleyasının 60-cı iclasında qətnamə qəbul edilmişdir.

    [ 7 sentyabr 2006-cı il ]
  • BMT Təhlükəsizlik Şurasının Qətnamələri



    Foto bölümü


    International Conference

    GUAM DEVELOPMENT STRATEGY

    [ Baku, 29-30 may 2008 ]

  • PROGRAM

  • REGISTRATION FORM






  • Azərbaycanın GUAM-da Sədrliyi

  • GUAM - Yaponiya görüşü (06 dekabr 2007-ci il)
  • GUAM-ın Vilnyus Sammitinin Bəyanatı (10 oktyabr 2007-ci il)
  • Diplomatik Nümayəndəliklər

    Məqalə və Müsahibələr
  • Xarici Işlər Naziri Elmar Məmmədyarovun The Journal of International Security Affairs jurnalında dərc edilmiş məqaləsi

    Azərbaycan, Bakı AZ 1009, Şıxəli Qurbanov küçəsi 4
    Tel: +994 (12) 596 90 00
    Faks: +994 (12) 498 84 80
    E-mail: secretariat@mfa.gov.az